Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat açıqlayıb.

Bildirilib ki, İstanbulda keçirilən əməliyyatda 18 nəfər saxlanılıb: "Onlardan 11-i haqda həbs qətimkan, 6 şübhəli peşmançılıq maddəsindən yararlandığı, bir nəfərin isə yataq xəstə olması səbəbindən barələrində ev dustaqlığı tədbiri seçilib. Bundan başqa, 28 nəfərin axtarışı davam edir".

Firudin Səfərli
MİA.AZ