Ötən mövsüm ara transfer dövründə "Trabzonspor"dan Britaniyanın ikinci liqasında çıxış edən "Hall Siti"yə keçən Abdülkadir Ömür Türkiyəyə geri dönür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Hall Siti"də gözlənilən performansı sərgiləyə bilməyən Abdülkadir Ömürlə artıq 3 klub danışıqlar aparır.

Yayılan məlumata görə, 25 yaşlı futbolçunu "Başakşəhər", "Eyüpspor" və "Göztepe" heyətinə cəlb etmək istəyir: "O, İstanbula görə İzmir komandası olan "Göztepe"ye deyil, "Başakşehir" və "Eyüpspor"a keçidə daha isti yanaşır. Hələlik şərtlər müzakirə oldunduğudnan transferin  detalları gizli saxlanılır.."

Xatırladaq ki, Ötən mövsüm 2,5 milyon avroya “Trabzonspor”dan “Hall Siti”yə gedən Abdülkadir Ömür İngiltərədə 36 rəsmi matçda forma geyinsə də, qol ata bilməyib, cəmi  bir məhsuldar ötürmə verib. 

Onu da bildirək ki, futbolçunun "Hall Siti" ilə 2027-ci ilə qədər müqaviləsi var.

Fərid Aslan

MİA.AZ