"Qalatasaray" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin İngiltərə təmsilçisi Liverpulla səfərdə oynayacağı cavab oyununa hazırlıqlarını başa vurub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kemerburgaz Metin Oktay Təsislərində baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub və dinamik isinmə hərəkətləri ilə başlayıb.
Məşq 8-ə qarşı 2 topa sahib olma məşqi ilə davam edib və məşqin qapalı hissəsinin Liverpul matçı üçün taktiki çalışmaya yönəldiyi məlum olub.
Fərid
MİA.AZ