İngiltərə millisinin əfsanəvi müdafiəçilərindən olan Eşli Koulun iş yeri məlum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təcrübəli mütəxəssis İtaliyanın "Seriya B" təmsilçisi "Çezena" klubunun baş məşqçisi təyin edilib.

Tərəflər arasında bağlanan müqavilə bu mövsümün sonuna qədər qüvvədə olacaq.

"Arsenal" və "Çelsi" kimi Avropa nəhənglərdə çıxış etmiş əfsanəvi oyunçunun İtaliya futboluna qayıdışı azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Fərid

MİA.AZ