Yunanıstanın "Panatinaikos" komandasından ayrıldıqdan sonra "havada qalan" türkiyəli məşqçi Fatih Terim yenidən məşqçiliyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Əl Şabab"ın başına keçəcəyi deyilir.

Məlumata görə, artıq klubla Fatih Terim arasında danışıqlar müsbət sonluqla bitmək üzrədir: "Güman ki, tərəflər yaxın günlərdə müqavilə imzalayacaqlar"

Məlumat üçün qeyd edək ki, hazırda Luis Migelin çalışdırdığı "Əl Şabab" Səudiyyə Ərəbistanı Liqasında 23 xalla 6-cı pillədə qərarlaşıb.

Fərid Aslan
MİA.AZ