Bu gün İsrail ordusu Qəzza zolağında daha bir xəstəxananı bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, şimalda yerləşən Əl-Ehli Baptist Xəstəxanası artilleriya atəşinə tutulub: "Hələlik ölən və ya yaralananlar haqda informasiya almaq mümkün olmayıb".
Xatırladaq ki, İsrail dünəndən başlayaraq Kemal Advan, Vefa və digər xəstəxanaları da bombalayıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ