Gürcüstan prezidentinin iqamətgahı - Orbeliani Sarayını tərk edən Salome Zurabişvili legitimliyi özü ilə aparacağını bildirib.
Gürcüstan KİV xəbər verir ki, bunu S.Zurabişvili keçirdiyi brifinqə bildirib.
"Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə aparıram. Xalq olmayan yerdə legitimlik yoxdur. Mən sizinlə birlikdə olacağam", - S.Zurabişvili tərəfdarları qarşısında bəyan edib./Report