İsrail ordusu bu gün mühasirədə olan Qəzza zolağının şimalında Kemal Advan xəstəxanasına basqın edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə xəstəxananın direktoru Husam Abu Safiyyeni tələm-tələsik qaçırılıb.
Məlumatda onun hara aparıldığının bəlli olmadığı deyilir.
Qəzza Səhiyyə Nazirliyindən isə bildirilib ki, təkcə Husam Əbu Səfiyə deyil, bir çox tibb işçisi də qaçırılıb: "Bundan sonra İsrail ordusunun hərbçiləri Kemal Advan xəstəxanasının bir hissəsini yandırıblar...".
Samir MUSAYEV
MİA.AZ