Bu mövsüm Super Liqada "fırtına yaradan" "Eyüpspor"un baş məşqçisi Arda Turanla bağlı yeni iddia yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arda Turanın İspaniya La Liqasının köklü komandalarından olan “Girona”nın süknaı arxasına keçməyə hazırlaşır.
Məlumata görə, tərəflər arasında danışıqlar intensivləşib: "O, hazırda Çempionlar Liqasında oynayan "Girona" ilə danışıqlarda son mərhələyə çatıb. Güman ki, yaxın 10 gün içində o, klubla rəsmən anlaşacaq"
Xatırladaq ki, "Eyüpspor"u Super Liqaya daşıyan Arda Turan bu mövsüm 17 matçdan sonra 27 xal toplayaraq 5-ci pillədə qərarlaşıb.
Fərid Aslan
MİA.AZ