İranda 2022-ci ildə Məhsa Eminin polis nəzarətində ölməsindən sonra uzadılan sosial media qadağası yavaş-yavaş ləğv olunur.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi olan İRNA məlumat yayıb.
Rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi faktı təsdiqləyib. O bildirib ki, ölkədə sosial mediaya qoyulan qadağa mərhələli şəkildə aradan qaldırılır.
Məlumatda deyilir ki, yaxın vaxtlarda "Telegram"a qadağa da götürülə bilər: "Bu şəbəkədə dövlət əleyhinə fəaliyyət göstərən qruplar çoxdur. Üstəlik, şəbəkədə nəzarətsizlik böyük olduğundan hələlk qadağaya baxılması təxirə salınıb".
Tahir Şəlvəli
MİA.AZ