İsrail ordusu Qəzza zolağında bir avtomobilə və bir evə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində bir mülki avtomobilin PUA ilə vurulması nəticəsində 4 tibb işçisi həyatını itirib: "Bundan başqa,  Zeytun rayonunda bir ev bombalanıb. Burada isə 2-si uşaq olmaqla 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb".

Samir Musayev
MİA.AZ