İsrail Qəzzada "təhlükəsiz bölgə" elan etdiyi ərazidə qurulan çadır düşərgələrinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xan Yunus şəhərində köçkünlərin yerləşdiyi çadırların bombalanması nəticəsində 2-si uşaq olmaqla, 9 nəfər həlak olub, xeyli yaralı var.

Qəzza Mülki Müdafiə İdarəsi faktı təsdiqləyib. Bildirilib ki, yaralıların çoxunun vəziyyəti ağırdır.

Tahir Şəlvəli
MİA.AZ