"İraqa qaçan Əsəd rejiminin əsgərlərinin Suriyaya ekstradisiyasına bu gün başlanacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata görə, ekstradisiya prosedurları ilə bağlı hazırlıq görülüb: "Prosesə bu gün axşamdan start veriləcək".
Xatrıladaq ki, Suriya rejiminin 2100-ə yaxın əsgəri dekabrın 7-də Əl-Qaim Sərhəd Qapısı vasitəsilə İraqa qaçıb.
Tahir Şəlvəli
MİA.AZ