Tanınmış politoloq Turab Rzayev Bakıya qayıdarkən Hindistan gömrüyündən buraxılmayıb.

Bu barədə o, özü məlumat yayıb.

Məlumata görə, saxlanılmasına səbəb kimi onun tez-tez Hindistana səfər etməsi göstərilib.

“Hindistan gömrüyündə dedilər ki, çox gedib-gəlirsən, gəl, qonağımız ol”, - o, paylaşımında bildirib.

Məsələ ilə bağlı açıqlama verən politoloq gömrükçülərin onu buraxmaq üçün pul istədiklərini bildirib: “Üstümdəki pulun hamısını istəyirlər”(axar).