İsrail hərbçiəri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqınlara ara vermir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.
FAT-dan verilən məlumata görə, İsrail ordusu dünən gecədən etibarən Cenin, Nablus, Hebron, Tulkerim və Selfit şəhərlərinə yeni basqınlar həyata keçirib: "Nəticədə aralarında uşaqlar da olmaqla, daha 15 nəfər saxlanılıb. Tutulanların evləri dağıdılıb..."
Onu da bildirək ki, 7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə baş verən toqquşmalarda 167-si uşaq, 797 fələstinli həyatını itirib.
Tahir Şəlvəli
MİA.AZ