Qazaxıstanda keçirilən konstitusiya referendumunda səsverməyə gedən seçicilərin böyük əksəriyyəti yeni konstitusiyanı dəstəkləyərək "bəli" səs verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Nurlan Abdirov ölkədə qeydiyyatdan keçmiş 12.482.613 seçicidən 9.127.192 nəfərin səsverməyə getdiyini və nəticədə seçici fəallığının 73,12 faiz olduğunu açıqladı.

O, 7.954.667 vətəndaşın "Yeni konstitusiyanı qəbul edirsinizmi?" sualına "bəli" cavabını verdiyini və yeni konstitusiya layihəsini dəstəkləyənlərin səs verənlərin 87,15 faizini təşkil etdiyini bildirdi.

Firudin Səfərli

MİA.AZ