Bu gün İsrail ordusu Qəzza zolağının şimal və cənub bölgələrini növbəti dəfə bombardman edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə biri hamilə qadın olmaqla, 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Qəzzadakı Əl-Avde xəstəxanasından xarici jurnalistlərə açıqlama verilib. Bildirilib ki, Qəzza zolağının şimalındakı Mesru Beyt Lahiya bölgəsində Tel Zater qəsəbəsinə hücum edib: "Burada hamilə qadın ölüb, 5 nəfər yaralanıb. Xan Yunisda isə PUA zərbəsiylə 2 nəfər ölüb, 3 nəfər yaralanıb".

Tahir Şəlvəli
MİA.AZ