İranın yeni raket hücumu elan edilməsindən sonra İsrailin mərkəzində, xüsusən də paytaxt Təl-Əvivdə alarmlar səsləndi.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İrandan atılan raketlər ölkənin mərkəzi hissəsindəki bəzi binalara və nəqliyyat vasitələrinə zərər vurub, Holondakı dəmir yolu stansiyasında isə maddi ziyana səbəb olub.

İsrail ordusu İrandan atılan raketləri vurmaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqladı.

Qisas təhlükəsi ilə üzləşən ərazilərdəki mobil telefonlara xəbərdarlıqlar göndərildi və sakinlərdən sığınacaqlara girmələri istənilib.

İsrailin təcili tibbi yardım xidmətinin ilkin məlumatlara görə, raket hücumu nəticəsində ölən və ya yaralanan olmayıb.

Tahir Şəlvəli

MİA.AZ