Sabah Avropa Liqasında səfərdə Çexiyanın "Slavia Praqa" komandası ilə qarşılaşacaq "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatəna istinadla xəbər verir ki, portuqaliyalı məşhur məşqçinin sözlərinə görə, “Slavia Praqa”nın baş məşqçisi Jindrix Trpisovski ilə daha əvvəl üz-üzə gəlib: "O, çox yaxşı iş görür və bu illər ərzində sabit oynayan komanda yaradıb. Görünən odur ki, komandası ildən-ilə daha da yaxşılaşır. Gələndə stadiona da baxdım, deyəsən, yaxşı zəmin var. Sabah yaxşı oyun üçün hər cür şərait var. Əminəm ki, futbolçularımız qələbə üüçn bütün güclərini ortaya qoyacaqlar".
Heyətdə çoxlu əskik futbolçunun olduğunu qeyd edən Joze Mourinyo bildirib ki, sabahkı matçda oyunçularının çoxu olmayacaq: "UEFA siyahısına yaza bilmədiyim cəzalı, zədəli futbolçular var. Düzdür, bəzi oyunçularımızın zədəsini yeni sağalıb, lakin oynamayıb. Demək istəyirəm k, biz bura məhdud heyətlə, ancaq nəticə üçün gəldik. Futbolçularıma güvənirəm".
Fərid ASLAN
MİA.AZ