İsrail ordusu Beyrutu yenə bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, bu gün İsrail döyüş təyyarələri "Hizbullah"ın qalası sayılan Beyrutun Dahiyə bölgəsinə 3 dəfə qısa fasilələrlə hava hücumu həyata keçirib.

Məlumata görə, hücumlardan ikisi Dahiyədəki Qubeyri məntəqəsinə, biri isə Şüveyfətə bir nöqtəyə olub.

Bu hücumlarda ölən və ya yaralananlar haqda hələlik informasiyta verilməyib.

Tahir Şəlvəli

MİA.AZ