Bu gün səhər saatlarından İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bna səbəb “Transocean Barents” adlı neft-qazçıxarma üzrə qazma gəmisinin keçidinin planlanmasıdır.
Məlumatda deyilir ki, bu səbəbdən yerli vaxtla saat 06.50-də boğazda gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Lamiyə Əhmədli
MİA.AZ