"İsrail Qəzzanın şimalına yardım göndərilməsini yenə əngəlləyib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında suallara cavab verərkən deyib.
O bildirib ki, İsrail dünən və bu gün Qəzzanın şimalına daha əvvəl planlaşdırılan humanitar yardım göndərilməsini bloklayıb: "İsrail növbəti dəfə Beyt Lahiya, Beyt Hanun və Cibaliyaya qida, su və tibbi yardım göndərilməsinə imkan vermədi. Halbuki BMT bayrağı altında bu şəhərlərə əvvəldən xəbərdarlıq olunmaqla 6 humanitar yardım missiyası yola slaınmışdı əngəlləyib. Bu, qəbulolunmazdır. BMT milyonlarla insanı həyatını xilası üçün İsrail səlahiyyətlilərinə yeni müraciət edib. Ümidvarıq ki, onlar tezliklə bloku aradan qaldıracaq".
Lamiyə Əhmədli
MİA.AZ