Pakistanın şimal-qərbində  iki ayrı terror aktı törədilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 4 polis əməkdaşı və 2 uşaq həlak olub.

Məlumata görə, hadisə nəticəsində 5 polis əməkdaşı isə yaralanıb.

Xəbərdə deyilir ki, terorr aktlarından biri Cənubi Vəziristan bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən yol kənarına qoyulmuş bomba partlaması nəticədə baş verib: "Burada 4 polis zabiti ölüb, 5-i yaralı var. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, Pakistan Talibanının (TTP) son zamanlar bölgədə hücumlarını artırdığı məlumdur. Bundan əlavə, TTP-nin Hayber Paxtunxva əyalətindəki Tirah vadisi yaxınlığında atdığı raket məktəbə piyada gedən iki uşağın ölməsinə səbəb olub".

Firudin Səfərli

MİA.AZ