İsrail ordusu Livanı yenidən bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə çoxlu itki var.
Bu barədə Livan Səhiyyə Nazirliyi son 24 saatlıq statistik məlumatı yayıb.
Məlumata görə, İsrailin son 24 saatdakı hücumlarında ümumilikdə 45 nəfər ölüb, 110 nəfər isə müxtəlif dərəcəli yaralanıb: "Bununla da İsrailin 8 oktyabr 2023-cü ildən Livana hücumlarında ölənlərin sayı 2865-ə, yaralı sayı isə 13047-yə çatıb".
Tahir Şəlvəli
MİA.AZ