Tayvanda güclü qasırğa böyük problemlərə yol açıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tayvanın Fövqəladə Əməliyyatlar Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, qasırğası nəticəsində bir nəfər ölüb, 73 nəfər yaralanıb: "Ölən 56 yaşlı qadındır".
Məlumata görə, Taroko Milli Parkında köməksiz vəziyyətdə qalan 2 Çexiya vətəndaşı da xilas edilənlər arasındadır
Xəbərdə deyilir ki, adada 12 yaşayış məntəqəsində 91 təcili sığınacaq mərkəzi yaradılıb: "Ora indiyədək 1822 0nəfər yerləşdirilib. 153 min evin elektrik enerjisi kəsilib. Bəzi bölgələrdə torpaq sürüşüb, evlərə, yollara və digər infrastruktura ziyan vurub".
Tahir Şəlvəli
MİA.AZ