Bu gün Livanda daha 4 tibb işçisi həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi açıqlama yayıb.
Qeyd edilib ki, İsrail ordusu bu gün Sur rayonunun Derdağıyya qəsəbəsində İslam Sağlamlıq Təşkilatına məxsus həkim qrupunu atəşə tutub: "Nəticədə təcili yardım maşını alovlanıb, 4 tibb işçisi həlak olub, bir neçə yaralı var".
Məlumatda deyilir ki, bununla da İsrailin hücumları nəticəsində ölən tibb işçilərinin sayının 178-ə yüksəlib.
Tahir Şəlvəli
MİA.AZ