Bu gün İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdəki Nur Şəms Qaçqınlar Düşərgəsinə PUA ilə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində bir uşaq ölüb, bir nəfər isə ağır yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, yaralanan gəncin də vəziyyəti çox ağırdır.
Tahir Şəlvəli
MİA.AZ