İsrail ordusu Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsində mühasirədə saxladıqları məktəbə basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) tabe olan məktbə basqın zamanı ora sığnmış 7 fələstinlini topla hədəfə alınaraq öldürülüb.

Məlumata görə, əvvəlcə məktəbi top atəşinə tutaraq orada olan fəəstnliləri çölə çıxmağa məcbur edən İsrail ordusu bayıra çıxanları qapı qənşərində topa tutub: "Nəticədə 7 nəfər hadisə yerində həlak olub, çoxlu yaralı var"

Tahir Şəlvəli

MİA.AZ