Bu gün İsrail ordusu Livanın şərq və cənubuna ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA rəsmi dövlət xəbər agentliyi məlumat yayıb.

Agentlik yazıb ki, İsrail ordusu Livanın şərqindəki Baalbekdəki Temnin əl-Fevka, əl-Saferi, Serin əl-Tahta və cənubda Sur şəhərinin əl-Huş qəsəbəsinə aviazərbələr endirb: "İsrail ordusu hücumdan əvvəl bu qəsəbə əhalisinə təcili təxliyə göstərişi verib. Və bu xəbərdarlıqdan qısa zaman sonra döyüş təyyarələri Baalbek-Riyak yolu yaxınlığındakı bir binanı bombalayıb. Eyni hal digər qəsəbələrdə də təkrarlanıb. Xeyli dağıntı var. Hazırda ölən və yaralananların sayı ilə bağlı dəqiqləşmə gedir".

İsrail Ordusunun sözçüsü Aviçay Adraee sözügedən 4 qəsəbəyə hücum faktını təsdiqləyib.

Tahir Şəlvəli

MİA.AZ