Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan "Nigar xanım" verilişində açıqlaması ilə diqqət çəkib.
Mia.az xəbər verir ki, Afət Fərmanqızı ad çəkmədən həmkarlarından şikayət edib: "Bilmirəm həmkarlarım məndən nə istəyirlər? Afətin bəla tərəfi var. Ad çəkmirəm, Rusiyada oturmuşam, öz iş-gücümdəyəm".
İfaçı Rusiyaya köçməsinin də səbəbini açıqlayıb: "Bakıdakı qalmaqallardan qaçmadım. Rusiyada mənə böyük bir tələbat var idi. Əslində, mən çoxdan getmək istəyirdim. Hər bir müğənni Rusiya toy bazarına qatılmaq arzu edib. Bir-iki nəfər konsertlərdən gəlir əldə edə bilər. Rusiyada toy mərasimlərindən qazanc əldə etmək yaxşıdır.
Rusiyada ofsiantın aldığı pul burada musiqiçiyə verilən puldan çoxdur. Moskvada yarım saatlıq toy mərasimində çıxışım 4000-5000 manatdır. Orada şabaş da çox verilir, 5000 manat..."(Teleqraf.com)
"Rusiyada ofsiantın aldığı pul burada musiqiçiyə verilən puldan çoxdur" - Afət Fərmanqızı

DİGƏR XƏBƏRLƏR
2025-04-19 10:29
2025-04-17 14:14
2025-04-17 12:32
2025-04-16 17:41
2025-04-16 17:33
2025-04-16 14:53
2025-04-16 11:52