Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakının"Sabah" komandası İsrailin "Makkabi Hayfa" komandasını səfərdə məğlub eləyib.

Mia.az xəbər verir ki, İsraildəki savaş vəziyyətinə görə Macarıstandakı "Varkert" stadionunda keçirilən oyunda "Sabah" rəqibinə 3 cavabsız qolla qalib gəlib - 0:3.

Beləliklə, komandamız bir həftə sonra Bakıda keçiriləcək cavab oyununa üstün hesabla çıxacaq.

Fərid

MİA.AZ