"Beşiktaş United Payment" Qadın Futbol Komandası kanadalı hücumçu Elis Nemtsovu transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bildiriş yayıb.

Qeyd edilib ki, 2024-2025 mövsümü transfer çalışmaları çərçivəsində kanadalı hücumçu Elis Nemtsov heyətə cəlb olunub: "Elis Nemtsovu salamlayır və ona uğurlar arzulayırıq".

Klub anlaşmanın müddəti və maliyyə tərəfləri haqda isə informasiya verməyib.

Fərid Aslan

MİA.AZ