Türkiyə Super Liqasında son mövsümünü 3-cü pillədə başa vuran və 2-ci təsnifat mərhələsində UEFA Avropa Liqasına vəsiqə qazanan "Trabzonspor"un rəqibi müəyyənləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Trabzonspor”  Qazaxıstan təmsilçisi “Tobol”a ilk oyunda 5:2 hesabı ilə qalib gələn və cavab görüşündə isə 1:0 hesabı ilə uduzan Slovakiyanın “Ruzomberok” komandası ilə üz-üzə gələcək.

Məlumata görə, ilk oyun iyulun 25-də Slovakiyada keçiriləcək.

Fərid ASLAN

MİA.AZ