"Beşiktaş" bu gün 22 yaşlı Can Keleşlə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu ötən mövsüm "Fatih Karagümrük"ün heyətində çıxış edən Can Keleşin transferini  həyata keçirmək üzrədir.

Məlumata görə, "Beşiktaş" artıq "Fatih Karagümrük"lə razılaşıb: "Hazırda futbolçu ilə maaş məsələsi müzakirə edilir. Güman ki, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq...".

Fərid Aslan

MİA.AZ