Qalatasarayda gözlənilənləri doğrultmayan və komandadan göndərilməsinı çalışılan brazilyalı Tete İstanbul klubunun "boğazında qalıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda klub Tete böhranını həll etmək ümçün var gücü ilə çalışır.

Xəbərə görə, Braziliyanın məşhur "Palmeyras" klubu Tetenin transferi üçün "Qalatasaray"a  8 milyon avroluq təklif göndərsə də, 24 yaşlı futbolçu ölkəsinə qayıtmaq istəmədiyindən, bu,  baş tutmayıb: "Halbuki, Brazilya komandası ona "Qalatasaray"da aldığı qədər də maaş təklif edirdi. Ancaq o, buna "yox" dedi. Beləliklə, Tete "Qalatasaray"ı 8 milyonluq qazancdan məhrum edib".

Məlumata gərə, Tete israrla Avropa ölkələrində oynamaq istədiyini deyərək, həmin ölkələrdən təklif gəlməyənə qədər "Qalatasaray"dan getməyəcəyini açıq deyib. 

Xatırladaq ki, Tete "Qalatasaray" ötən mövsüm pulsuz transfer olunsa da, klub ona illik 3 milyon 575 min avro sabit naaş verir. Tetenin İstanbul klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. 

Tete ötən mövsüm "Qalatasaray"da 45 matçda top qovub. O, bu matçlarda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 

İddiaya görə, onun bazar dəyəri ən azı 10 milyon avrodur.

Fərid Aslan

MİA.AZ