Joze Mourinyo Avstriyada hazırlqı matçlarından sonra "Fənərbağça"dan göndərilməsini istədiyi oyunçuların siyahısını konkretləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mourinyo rəhbərlikdən 9 futbolçunun təcili satılmasını tələb eidb: "Mourinyo rəhbərlikdən Umut Nayir, Zayc, Luan Peres, Crespo, Kent, Joao Pedro, Emre Mor, Rade Krunic və Serdar Azizin mütləq satılmasını istəyib. O, çox açıq şəkildə deyib ki, yeni mövsümdə bu oyunçuları komandada görmək istəmir".

Məlumata görə, "Fənərbağça" klubunun menecerəri artıq həmin futbolçulara və menecerlərinə "özünüzə klub tapın" ismarıvı verib: "Artıq bu futbolçuların bir çoxu üçün transfer danışıqları başlayıb".

Fərid 

MİA.AZ