Bu gün Türkiyə Super Liqasının 2024-2025 mövsümü oyunlarının püşkatması keçirilib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı mənzil-qərargahında baş tutan püşkatmada  mövsümün ilk derbisi müəyəynləşib. Bu, 5-ci turda "Trabzonspor"la "Beşiktaş" arasında olacaq.

Məlumata görə, 6-cı turda isə "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.

Beləliklə derbi tarixləri belə olacaq: 

5-ci tur: Trabzonspor-Beşiktaş

6-cı tur: Fənərbaxça-Qalatasaray

10-cu tur: Qalatasaray-Beşiktaş

11-ci tur: Trabzonspor-Fənərbaxça

15-ci tur: Beşiktaş-Fənərbaxça

16-cı tur: Qalatasaray-Trabzonspor

Bununla yanaşı, Trendyol Super Liqasında ilk həftənin oyunları belədir:

Sivasspor - Trabzonspor

Fənərbağça - Adana Demirspor

Rizəspor - Başakşehir

Kasımpaşa - Konyaspor

Qalatasaray - Hatayspor

Alanyaspor - Eyüpspor

Antalyaspor - Göztepe

Samsunspor - Beşiktaş

Bodrum FK - Qaziantep FK

Fərid Aslan

MİA.AZ