Mourinyonun baş məşqçi təyinatı ilə hədəfini yüksəldən "Fənərbağça" heyətini gücləndirməkdədir.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul klubu hazırda Səudiyyə Ərəbistanının “Əl Əhli” komandasında forma geyinən fransız Allan Saint-Maximinə "gözünü dikib".
Məlumata görə, Səudiyyədə mühitdəbn bezən futbolçu narazıdır və o, bu ölkədən ayrılmaq istəyir: "Bu xəbərdən sonra "Fənərbağça" fransız futbolçu ilə əlaqə saxlayıb, ona təklifini irəli sürüb. Allan Saint-Maximin təklifə müsbət yanaşıb. O səbəbdən, klub rəhbərliyi "Əl-Əhli" ilə danışıqlara rəsmən start verib. Sadəcə fransız futbolçunun bazar dəyəri çox yüksək olduğundan İstanbul klubu onu icarə əsasında transfer etməyə can atır"
Qeyd edək ki, Allan Saint-Maximin ötən mövsüm ərəb liqasında 31 matçda iştirak edib və 4 qol atıb, 9 məhsuldar ötürmə verib.
İddiaya görə, Rəqibi aldatma bacarığı, texnikası və sürəti ilə seçilən Sent-Maksimin sol cinah üçün Mourinyonun siyahısının başıbnda gəlir.
Xatırladaq ki, 27 yaşlı futbolçu ötən mövsümün əvvəlində təxminən 30 milyon avroya "Nyukasl Yunayted"dən "Əl-Əhli" klubuna transfer olunub.
Onun hazırda ərəb klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.
Fərid Aslan
MİA.AZ