ABŞ-ın ev sahibliyi etdiyi 2024 Amerika Kubokunun ilk finalçısı müəyyənləşib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Argentina yarımfinal matçında Kanadanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Argentinanın qollarını 22-ci dəqiqədə Julian Alvares, 51-ci dəqiqədə isə Lionel Messi vurub.

Yarışın digər yarımfinal matçında Uruqvay və Kolumbiya sabah Bakı vaxtilə səhərə yaxın saat 04.00-da üz-üzə gələcəklər.

Fərid Aslan

MİA.AZ