Bu gün AVRO-2024-də İspaniya və Fransa yığmaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, Münhendəki “Alyans Arena"da keçirilən oyunun 9-cu dəqiqəsində fransızlar hesabı açıblar.

Kolo Muani komandasını önə çıxarıb - 0:1.

21-ci dəqiqədə Lamin Yamal möhtəşəm zərbə ilə  hesaba tarazılıq gətirib - 1:1.

Bu qoldan 4 dəqiqə sonra isə ispanlar hesabda önə çıxıblar.

Belə ki, 25-ci dəqiqədə Jül Kunde avtoqola imza atıb - 2:1.

Beləliklə, İspaniya finala yüksəlb. Finalda onları İngiltərə-Hollandiya cütlüyünü qalibi ilə oyun gözləyir.

Fərid Aslan

MİA.AZ