"Real Madrid"də çıxış edən türkiyəli futbolçu Arda Gülərə gözlənilməz "elçi" gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın "Milan" komandası Ardanı icarəyə götürmək üçün Madridf klubuna müraciət edib.

İtaliya mətbuatı yazır ki, "Milan"ın təklifi dərhal rədd olunub: "Madrid klubu Ardanı ötən sezon Brahim Diaz kimi "Milan"a göndərməkdən imtina edib".

Fərid

MİA.AZ