"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara məhkəməyə üz tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, iddia ərizəsində Mauro İkardidən boçanmasını tələb edib.

Argentina mediasına açıqlama verən Vanda Naranın vəkili Ana Rosenfeld yayılan xəbəri təsdiqləyib: "O, bu qərarı çoxdan vermək istəyirdi. Bəhayət, özünü toparlayıb, qəti qərarını verdi".

Məlumata görə, Nara artıq Mauro İkardini "İnstaqram"da izləməyi də ləğv edib.

Fərid

MİA.AZ