Vaxtilə aktiv futbol həyatında dünyanın hakim kəsildiyi Nikolas Anelka Türkiyənin "Ümraniyespor" klubunun icraçı direktor (GEO) vəzifəsindən istegfa verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə onun özü sərt bəyanat yayıb.

6 ay əvvəl Türkiyənin 1-ci liqa komandası "Ümraniyespor"la sürpriz anlaşma əldə edən Nikolas Anelka bu dəfə həmin vaxtdakı kimi deyil, 180 dərəcə əksinə sərt ifadələr işlədib.

O, klubun zəif idarə olunması, rəhbər şəxslər arasında rabitə problemi, ödənilməmiş maaşlar, FİFA sanksiyası, yüksək səviyyəli futbola fərqli baxış və hər şeydən əvvəl vəd və öhdəliklərə hörmətsizlik olduğunu xüsusi vurğulayıb. Anelka daha sonra deyib: "Böyük adamların digərlərindən fərqi budur. Mən sizə öz səviyyənizdə işləməyə icazə verirəm...

Ən xoş arzularımla”.

Xatırladaq ki, futbolçu karyerası ərzində PSJ, "Arsenal", "Real Madrid", "Liverpool", "Mançester City", "Çelsea, "Juventus" kimi məşhur komandalarda forma geyinən 44 yaşlı Anelka 2005-ci ildə "Fənərbağça"nın da formasını geyinib. O, daha sonra Çinin "Şanxay Şenxua" və Hindistanın "Mumbay" klubunda futbolçu-məşqçi kimi işləyib. Anelka futboldan ayrıldıqdan sonra Hollandiyanın “Roda” komandasında məsləhətçi, Fransa təmsilçisi “Lill”in gənclər komandasında məşqçi kimi çalışıb. 6 ay əvvəl isə gözlənilmədən  "Ümraniyespor"ə gəlib.

Fərid Aslan

MİA.AZ