"Başakşehir" israilli futbolçu Eden Karzevi icarəyə verib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, israilli futbolçu Eden Karzevin Çin Superliqa komandalarından olan "Şenzhen Peng City"yə icarəyə verilməsi ilə bağlı aparılan danışıqlar müsbət sonluqla yekunlaşıb: "Çin klubu ilə bir illik müqavilə bağlanıb. Müqavilə şərtinə əsasən, bir ildən sonra klub onu transfer edəcək. Keçmi futbolçumuza yeni klubunda uğurlar arzulayırıq".

Fərid Aslan

MİA.AZ