İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AVRO-2024-ün 1/4 finalında bu gün Almaniya ilə keçiriləcək oyunla bağlı mətbuat konfransı keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hər iki komandanın şanslarını bərabər sayıb: "Bizim onlara hörmət etdiyimiz kimi, onlar da bizə hörmət edirlər. Mən bizim malik olduğumuz potensialı bilirəm və rəqibimizin potensialının fərqindəyik. Bir oyun Avropa çempionatının finalı kimi olacaq"

Almaniyanın matçlara güclü başladığını bildirən 63 yaşlı çalışdırıcı qeyd edib ki, onlar da eyni qaydada oyuna güc qoyacaqlar: "İlk andan təşəbbüsü ələ almaq istəyirik. Bütün gücümüzü ortaya qoyacağıq. Hesab edirəm ki, belə matçlarda daha az səhv edən qalib gələcək. Bu səviyyələrdə meydan faktorunun çox təsirli olduğunu düşünmürəm. Böyük təcrübəyə malik oyunçularımız var. Bu gün normal bir futbol mühiti olacaq ki, bizdə də bu, var".

Fərid Aslan

MİA.AZ