Avstriya ilə oyunda vurduğu iki qolla Türkiyənin 1/4 finala yüksəlməsində mühüm rol oynayan və qol sevincini “bozqurd” işarəsi ilə nümayiş etdirən Merih Dəmiral UEFA tərəfindən "qaralanması"na maraqlı rüaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sosial media hesabından yeni paylaşım edib. 

Matçdan bir görüntü paylaşan Dəmiral şəklinin altına "Yüksəl Türk! Sənin üçün yüksəkliyin hüdudu yoxdur", - yazıb.

Fərid Aslan

MİA.AZ