Nigeriyanın Bauçi əyalətində adamqaçırma ilə məşğul olan daha 8 quldur güllələnib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda yerli polis idarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, regionda quldurluq edən terror qruplaşmalarına qarşı növbəti əməliyyat keçirilib: "Əməliyyatda terror qruplaşmasının 8 üzvü öldürülü, çoxlu sayda yaralı terrorçular saxlanııb. Onların əlində olan 3 girov isə xilas edilib. Dəstə üzvlərinə məxsus çoxlu silah-sursat da götürülüb".
Xatırladaq ki, son illər Nigeriyada müxtəlif silahlı quldur dəstələri, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və "ISWAP" terror təşkilatlarnın yerli əhaliyə hücum edəərk əsasən qadın və uşaqları qaçırma halları çoxaılıb.
Firudin Səfərəli
MİA.AZ