İsrail ordusu həbsdə olan fələstinlilərlə bağlı gözlənilməz qərar verməyə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu 27 oktyabr 2023-cü ildən başlayaraq həbs elədiyi fələstinlilərdən 150-ni azad edib.
Məlumata görə, İsrail qüvvələri onları Qəzza zolağının şərqindəki Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısından qarşı tərəfə təhvil verib.
Xatırladaq ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzada 8 minə yaxın şəxsi həbs edib. Qəzzaya hücum nətcəsində ən azı 14 min 500-ü uşaq, 9 min 560-ı qadın olmaqla 33 min 729 fələstinli ölüb, 76 mindən çox isə yaralı var.
Firudin Səfərli
MİA.AZ