17 yaşlı yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra Fransada gərginlik hər keçən gün artır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son bir həftədə baş verən etirazlara görə 3400-dən çox insan saxlanılıb, indiyə qədər minlərlə daşınar və daşınmaz əmlaklar yandırılıb və ya talan olunub.
Məlumata görə, günlərdir ölkəsi od-alov içində olan Fransa prezidenti Makron 27 iyundan bəri etirazlara müdaxilə edən polislərlə Parisdə bir restoranda qeyri-rəsmi şam yeməyində görüşüb.
Fransa mətbuatında yer alan xəbərə görə, Makron polisə dəstəyini təkrarlayıb və aksiyaya qatılan yeniyetmələrin ailələrii hədələyib: "Aksiyalara, talanlarda iştirak edən ailələri maddi cəzalandırmaq gərəkdir. Onların cibinə toxunmaq lazımdır, çünki onlar başqa cür anlamır. Etdikləri cinayətlərə maliyyə sanksiyaları tətbiq olunmalıdır. Bu adamlar (etirazçıları nəzərdə tutur - Mia.az) ancaq dağıdıb tkmək, məhv etməkdən sanki zövq alırlar...".
Onu da qeyd eədk ki, aksiyalarda 269 polis və jandarm bölməsi hücuma məruz qalıb, 808 asayiş keşikçisi yaralanıb.
Lamiyə Əhmədli
MİA.AZ