Ərdoğanın lideri olduğu AK Partiyanın təşkliat rəhbərini döyənlərə ağır cəzalar verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AK Partiyanın Çorum şəhər təşkilatının sədri Murat Günay martın 29-da avtoparkda avtomobilinə doğru gedərkən silahlı hücuma məruz qalıb.
Ötən həftə isə ona hücum edən Z.O, F.Y. və H.T. Çorum 2-ci Ağır Cəza Məhkəməsinin hökmü ilə 4 il 7 aydan 5 il 6 ayadək həbslə cəzalandırılıblar.
Məlumata görə, hökmə etiraz edən silahlı basqınçıların qohumları Çorum Bələdiyyəsinin binası qarşısında gərginlik yaradıblar: "Onlar polislə əlbəyaxa davaya çıxaraq bələdiyyə binasına hücum etməyə çalışıblar. Nəticədə əraziyə əlavə polis qüvvələri yeridilib və etirazçılardan 6 nəfər saxlanılıb".
Xəbərdə qeyd olunur ki, həmin 6 nəfərlə bağlı cinayət işi açılıb, araşdırma apaırlır.
Tahir
MİA.AZ